Rusiyada məktəbə qəbul olunan miqrant uşaqların sayı xeyli azalıb.
King.Az-ın xəbərinə görə, bunu Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin "Telegram" hesabında bildirib.
Qeyd olunur ki, bu, rus dili bilikləri ilə bağlı keçirilən testlərin qeyri-qənaətbəxş nəticələri ilə bağlıdır.
Məktəblərə qəbul edilən miqrant uşaqların sayının azalmasının digər səbəbi təqdim olunan sənədlərin tam olmaması və ya etibarsızlığı, o cümlədən Rusiyada qanuni yaşayış icazəsinin təsdiq olmamasıdır.
Oxşar Mövzular

Mingəçevirin bir hissəsində İŞIQ OLMAYACAQ
13-03-2026, 11:19Suriyada yeni qarşıdurma: İsrailin dəstəklədiyi druzlar kimlərdir?
19-07-2025, 14:58