Avstraliya polisi Sidneydə terror aktı hazırlamaqda şübhəli bilinən yeddi nəfəri həbs edib.
King.Az xəbər verir ki, bu barədə ABC radiosu Yeni Cənubi Uels polis bölməsindəki mənbəsinə istinadən məlumat yayıb.
Xəbərə görə, dekabrın 18-də Viktoriya ştatından Sidneyə yollanan şəxslər zorakılıq aktı planlaşdırıblar.
Yerli polisdən bildirilib ki, axtarışlar zamanı şübhəli şəxslərdən yalnız bıçaq tapılıb, odlu silah aşkar edilməyib.
Qeyd olunur ki, saxlanılanların qanlı hadisələr törətmək məqsədilə Bondi çimərliyinə getmək niyyətində olduqlarına dair bəzi dəlillər mövcuddur.
"Şübhəli şəxsləri saxlamaq qərarına gəldik. Ötən həftə Sidneydə baş verən terror aktından sonra polis risk etməməlidir", - deyə polis bölməsinin rəsmisi bildirib.
Xatırladaq ki, dekabrın 14-də Sidney çimərliyində yəhudilərin Hanuka bayramının qeyd olunduğu yerdə terror aktı baş verib. Hadisə zamanı 16 nəfər ölüb, 40-dan çox sakin yaralanıb.
Oxşar Mövzular
Bu ilin doqquz ayında pensiya ödənişlərinə yönəldilən vəsait açıqlandı
13-10-2025, 14:38İsraildə daha bir iranlı casus saxlanıldı
11-11-2025, 10:47Vens yaxın qohumunun Ukrayna ordusunda vuruşmasına münasibət bildirib
12-03-2025, 11:00