İsrail polisi 27 yaşlı Təl-Əviv sakininin xarici agentlə əlaqə saxlamaqda və iranlılar üçün tapşırıqlar yerinə yetirməkdə şübhəli bilərək həbs edib.
Bu barədə "Azad İran" "Telegram" kanalı məlumat verib.
Araşdırma zamanı məlum olub ki, o, sosial şəbəkələrdə İran qurumları ilə təmasda olub və pul qarşılığında müxtəlif tapşırıqlar yerinə yetirib.
Qeyd olunur ki, əsas vəzifələr müxtəlif yerlərin, o cümlədən Təl-Əviv muzeyinin, "Abramoviç bağı"nın və Təl-Əvivdə raket zərbəsi endirilən yerin fotoşəkillərinin çəkilməsi olub.
Məlumata görə, vəsaitlər saxlanılan şəxsin hesabına rəqəmsal cüzdanlar vasitəsilə kriptovalyuta ilə köçürülüb.
Oxşar Mövzular
Bakı-Ələt yolunda niyə hər saniyə faciə riski var? - NECƏ OLMALIDIR?
7-11-2025, 14:52Luka Modriç karyerasını başa vurmaq qərarına gəlib
27-12-2024, 21:33