Bu ilin 9 ayında pensiya ödənişlərinə ötən ilin müvafiq dövrünə nisbətən 10 faiz (467 milyon manat) çox olmaqla 5 milyard 326 milyon manat vəsait yönəldilib.
King.Az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.
2025-ci ilin əvvəlindən bütün növ pensiyaların 8.1 faiz indeksləşdirilərək artırılması, fevralın 1-dən minimum pensiyanın 14.3 faiz artımla 280 manatdan 320 manata çatdırılması təmin edilib.
Yanvar-sentyabr aylarında 33 min, elektron pensiya təyinatına başlandığı 2019-cu ilin əvvəlindən 171 min pensiya təyinatı e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib.
Oxşar Mövzular

Tanınmış braziliyalı futbolçu 34 yaşında karyerasını başa vurur
13-12-2025, 12:34
Gündəlik Bürclər-(08.02.2025)
8-02-2025, 00:14
Ronaldu dəbdəbəli malikanəsini satmaq istəyir
10-01-2026, 12:07