Ukrayna Təhlükəsizlik Xidmətinin "Alfa" Xüsusi Əməliyyatlar Mərkəzi Xəzər dənizi akvatoriyasında uzaqmənzilli pilotsuz uçuş aparatları ilə Rusiyanın neft hasil edən iki platformasına hücum edib.
King.Az bu barədə "İnterfaks-Ukrayna"ya istinadən xəbər verir.
Bildirilir ki, Flankovski və Korçaqin adına platformalar zərbələrə məruz qalıblar.
Hər iki platformanın "LUKOIL-Nijnevoljskneft" şirkətinə məxsus olduğu qeyd edilir.
Oxşar Mövzular
Rud van Nistelroyun "Mançester Yunayted"i tərk etməsinin səbəbi bilindi
17-11-2024, 19:34