Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən dünya çempionatında uğurlu çıxış edən Azərbaycanın yunan-Roma güləşçiləri Vətənə qayıdıblar.
King.Az "Report"a istinadən xəbər verir ki, onları Heydər Əliyev Beynəlxalq Hava Limanında jurnalistlər və ictimaiyyət nümayəndələri qarşılayıblar.
Qeyd edək ki, yığma komanda hesabında 89 xalla ikinci yeri tutub. Güləşçilərimiz yarışda bir qızıl, bir gümüş və iki bürünc medal qazanıblar. Ülvi Qənizadə (72 kq) qızıl, Həsrət Cəfərov (67 kq) gümüş, Eldəniz Əzizli (55 kq) və Murad Əhmədiyev isə (92 kq) bürünc medala sahib çıxıblar.
Oxşar Mövzular

MINI WORLD - [Indila ~ Serhat Durmus] Extended Remix BASS BOOSTED
22-09-2024, 13:43
ABŞ-də neft emalı zavodunda partlayış baş verdi
24-03-2026, 14:52Röya – Sevgin Yaşayır (Rəsmi Audio)
28-01-2025, 14:37