Bazar ertəsi
Fev 24

Sabah bəzi universitetlərdə tədris onlayn aparılacaq

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷
Sabah bəzi universitetlərdə tədris ənənəvi, bəzilərində isə onlayn formada aparılacaq.

King.Az-ın APA-ya istinadən xəbərinə görə, sabahdan Azərbaycan Texniki Universiteti, Bakı Dövlət Universiteti, Türkiyə-Azərbaycan Universiteti, UNEC, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Bakı Avrasiya Universitetində dərslər ənənəvi qaydada keçiriləcək.
Azərbaycan Memarlıq və İnşaat Universiteti, Bakı Biznes Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Bakı Mühəndislik Universiteti, Xəzər Universiteti və Sumqayıt Dövlət Universitetlərinin mətbuat xidmətlərindən isə bildirilib ki, qarlı hava şəraiti ilə əlaqədar olaraq 25 fevralda da dərslər hibrid (həm ənənəvi, həm onlayn formatda) keçiriləcək.
Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.