0
Bazar
Noy 17

Rud van Nistelroyun "Mançester Yunayted"i tərk etməsinin səbəbi bilindi

HASANLY
Rud van Nistelroyun "Mançester Yunayted"i tərk etməsinin səbəbi məlum olub.

King.Az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə insayder Fabrisio Romano məlumat yayıb.

Onun sözlərinə görə, Rud komandanın məşqçilər korpusunda yer almağa ümid edirdi. Lakin klubun yeni çalışdırıcısı Ruben Amorim niderlandlı mütəxəssis üçün vakant yerin olmadığını bildirib.

Romanonun sözlərinə görə, Nistelroy "qırmızı şeytanlar"dan ayrılığını çox ağrılı keçirir.

Qeyd edək ki, Ruben Amorimin işə başlamasına qədər "Mançester Yunayted"i 4 oyuna çıxaran niderlandlının rəhbərliyi dövründə 3 qələbə və bir heç-heçə qeydə alınıb.
Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.