Avropa İttifaqı (Aİ) sammitinin iştirakçıları Rusiya əleyhinə sanksiyaların daha altı ay müddətinə uzadılması barədə qərar qəbul ediblər.
King.Az "Politico" nəşrinə istinadən xəbər verir ki, bunu Aİ-nin prezidenti Antoniu Koşta bildirib.
"Biz Rusiyaya qarşı sanksiyaları uzatmaq qərarına gəldik", - deyə Aİ prezidenti vurğulayıb.
O, əlavə edib ki, Aİ sammitində Avropa Komissiyasına (AK) Rusiya aktivləri hesabına Kiyevə təzminat krediti üzərində işi davam etdirmək tapşırığının verilməsi barədə də qərar qəbul olunub.
Koştanın sözlərinə görə, AK-yə sözügedən təzminat krediti üzərində işləməyə davam etmək üçün mandat verilib.
Oxşar Mövzular
Milli Olimpiya Komitəsinin vəzifəli şəxsi vəfat etdi
8-10-2025, 13:31
