Şənbə
Dek 13

Britaniyada yeni kəşfiyyat xidməti yaradıldı

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

Böyük Britaniya hakimiyyəti "artan düşmən təhdidləri" ilə əlaqədar yeni Hərbi Kəşfiyyat Xidmətinin (MIS) yaradıldığını elan edib.

King.Az bu barədə krallığın Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir.

"Müdafiə Nazirliyinin yeni Hərbi Kəşfiyyat Xidmətini (MIS) təsis etməsi sayəsində Britaniya hərbi kəşfiyyatı daha səmərəli, operativ olacaq və gələcək təhlükələri daha yaxşı proqnozlaşdıra biləcək", - deyə məlumatda bildirilir.

Məlumata görə, son bir il ərzində Müdafiə Nazirliyinə qarşı kəşfiyyat fəaliyyətinin aktivliyi 50%-dən çox artıb.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.