Çərşənbə
Mar 05

Tovuzda spirtli içki qəbul edən çoban boğulub öldü

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷
Tovuz rayonunda faciəli ölüm hadisəsi baş verib.

King.Az xəbər verir ki, 1984-cü təvəllüdlü Ramin Kərəmov rayonun Qaraxanlı kəndi, Ceyrançöl ərazisində çoban işlədiyi yataqda qusma nəticəsində boğulmadan ölüb.

Məlumata görə, R.Kərəmov spirtli içki qəbul edib. Təcili tibbi yardım əməkdaşlarının səylərinə baxmayaraq, onu xilas etmək mümkün olmayıb.

Hadisə yerinə polis əməkdaşları cəlb olunublar.
Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.