1
Bazar ertəsi
Noy 24

Azərbaycanın Milli Kibertəhlükəsizlik Mərkəzinin ARMYTHON-da tarixi uğuru

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

2025-ci ilin noyabr ayının 20-də İordaniyada müxtəlif dövlətlərin silahlı qüvvələri və təhlükəsizlik orqanları arasında kibertəhlükəsizlik və tətbiqi kriptoqrafiya sahəsində ARMYTHON beynəlxalq kibertəhlükəsizlik müsabiqəsi keçirilib.

King.Az xəbər verir ki, 28 ölkədən 37 seçmə komandanın iştirak etdiyi ARMYTHON müsabiqəsi Avrasiya-Afrika regionunda ən nüfuzlu kibertəhlükəsizlik yarışı hesab olunur.

Yarış zamanı iştirakçılardan mürəkkəb kiberhücum və kibermüdafiə ssenariləri, həmçinin tətbiqi kriptoqrafiya üzrə müasir çağırışlara uyğun tapşırıqların həlli sahəsində yüksək bilik, təcrübə və peşəkarlıq tələb edilir.

Azərbaycan beynəlxalq ARMYTHON müsabiqəsində iki komanda ilə təmsil olunub və həmin komandalar yüksək nəticə əldə ediblər. Onlardan Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Milli Kibertəhlükəsizlik Mərkəzinin "Land of Fire" komandası beynəlxalq rəqiblər arasında xüsusilə fərqlənərək 2-ci yerə layiq görülüb, respublikamızın digər aidiyyəti dövlət qurumlarının mütəxəssislərindən ibarət "Iron Fist" yığma komandası isə 6-cı yerə yüksəlib.

Bu nailiyyət ölkəmizin kibertəhlükəsizlik potensialının nə dərəcədə artdığını və milli kadrlarımızın qlobal səviyyədə rəqabət qabiliyyətini bir daha təsdiqləyir.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.