0
Sunday
Jan 05

Azər Baxşəliyevin xanımından təsirli paylaşım: "Gedəcəyəm yanına, könlümüz açılsın deyə"

HASANLY
Vəfat edən aktyor Azər Baxşəliyevin xanımı Nigar Baxşəliyeva həyat yoldaşı ilə bağlı paylaşım edib.

King.Az xəbər verir ki, Nigar Baxşəliyeva həyat yoldaşı ilə fotosunu "Instagram" hesabında paylaşaraq təsirli sözlər yazıb:

"Necə qucaqlayaram indicə yanımda olsa, olsa... Gözümü bağlasalar, onu mən taparam harada olsa... Gedəcəyəm yanına, könlümüz açılsın deyə. İndi küçədəyəm, gedəcəyəm. Deyəcəyəm ona mən şirin sözlər üzü gülsün deyə. Yanağından tutub öpəcəyəm".

Xatırladaq ki, aktyor Azər Baxşəliyev poliorqan çatışmazlığından əziyyət çəkirdi, orqanizmi yaşama qabiliyyətini itirmişdi. Dünən axşamdan etibarən həkimlərin səylərinə baxmayaraq, aktyorun ümumi vəziyyətində geridönməz proseslər baş verib. O, bu gün vəfat edib.

Azər Baxşəliyevin xanımından təsirli paylaşım: "Gedəcəyəm yanına, könlümüz açılsın deyə"
Şərhlər (0)

Information
Users of Qonaq are not allowed to comment this publication.