Ruanda ordusunun dəstəklədiyi "23 Mart Hərəkatı"nın (M23) üsyançıları Cənubi Kivu əyalətinin paytaxtı Bukavu şəhərinin strateji əhəmiyyətli hava limanına yaxınlaşaraq Konqo Demokratik Respublikasının şərqindəki Nyabibve şəhərini ələ keçiriblər.
King.Az xəbər verir ki, bu barədə "Actualite" portalı məlumat yayıb.
Bölgədə fəaliyyət göstərən humanitar təşkilatlardan birinin məlumatına görə, Nyabibve şəhəri "M23"ün bölmələri ilə Konqo hökumət qoşunları arasında şiddətli döyüşlərdən sonra süqut edib.
"Hər şey üsyançıların hücumu davam etdirmək niyyətində olduqlarını göstərir", - "Actualite" vurğulayıb.
Nyabibveyə hücum səhər tezdən başlayıb və günortaya yaxın üsyançılar şəhərin mərkəzinə daxil olublar. Qruplaşmanın bir gün əvvəl elan etdiyi atəşkəsə baxmayaraq, döyüşlər davam edib.

Oxşar Mövzular

COP29 zolaqlarından xüsusi taksilər istifadə edə biləcək? - AÇIQLAMA
1-11-2024, 21:56
İlon Mask "X" sosial şəbəkəsində qeydiyyatı pullu edəcək
11-01-2025, 12:07