Cümə axşamı
Noy 20

Moskvada uşaqlar üçün yeni "Gelandewagen" sərgiləndi

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

Rusiyanın paytaxtı Moskvada keçirilən "Moskva avtoşousu" sərgisində uşaq avtomobili - "Mercedes-Benz Gelandewagen" modelinin replikası təqdim edilib.

King.Az Gazeta.ru-ya istinadən verdiyi xəbərə görə, bu barədə sərginin təşkilat komitəsi məlumat yayıb.

Bildirilib ki, "G Wagen P900 Rocket" adlı avtomobil 7-15 yaş arası uşaqlar və yeniyetmələr üçün nəzərdə tutulub.

"Avtomobil iki sərnişin üçün nəzərdə tutulub, icazə verilən maksimum çəki 350 kiloqramdır. Maşın iki elektrik mühərriki ilə təchiz edilib və birdəfəlik şarjla 80 kilometrə qədər məsafə qət edə bilir. "Mercedes-Benz Gelandewagen"in bu replikasının qiyməti 11 milyon rubldur (təxminən 232 min manat - red.)", - məlumatda qeyd olunur.

Qeyd edilib ki, modelə kondisioner, salonun konturlu işıqlandırılması və əyləclərin vakuum gücləndiricisi kimi bir sıra təkmilləşdirmələr əlavə edilib.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.