Çərşənbə
Noy 19

Dünya çempionatının ən "balaca" iştirakçısı - Cəmi 156 min əhalisi var

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

Kürasao millisi tarixində ilk dəfə dünya çempionatında iştirak edəcək.

King.Az xəbər verir ki, Şimali və Orta Amerika bölgəsi üzrə dünya çempionatının seçmə mərhələsinin C qrupunda yer alan Kürasao millisi 12 xalla qrupu lider başa vurub.

Final turunda isə B qrupunda yer alan yığma bu qrupda da 12 xal toplayaraq 2026-cı ildə keçiriləcək dünya çempionatına vəsiqə qazanıb.

Yığma mundialda iştirak edəcək ən balaca ölkə olacaq. Ölkənin 444 kv.km ərazidə cəmi 155 826 nəfər əhalisi var, 2010-cu ildə müstəqil dövlət statusu alıb.

Qeyd edək ki, Kürasao yığmasını təcrübəli mütəxəssis Dik Advokat çalışdırır.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.