2
Sunday
Oct 06

A Seriyası: "Yuventus" qələbəni əldən verdi

HASANLY
İtaliya A Seriyasının 7-ci turunda "Yuventus" "Kalyari"ni qəbul edib.

King.Az xəbər verir ki, Turin şəhərindəki (İtaliya) "Allianz" stadionunda qarşılaşan komandalar arasındakı görüş heç-heçə başa çatıb - 1:1.

Matçın ilk qolu 15-ci dəqiqədə vurulub. "Yuventus"un serbiyalı hücumçusu Duşan Vlahoviç 11 metrlik zərbəni dəqiq icra edib. 88-ci dəqiqədə qonaqlar da penaltidən fərqləniblər. Hücumçu Razvan Marin "qoca sinyora"nı məyus edib.

Bu oyundan sonra "Yuventus" 13 xal toplayıb. Tiaqo Mottanın komandası İtaliya çempionatının turnir cədvəlində üçüncü pilləyə yüksəlib. "Kalyari" altı xalla 15-ci yerdədir.
Şərhlər (0)

Information
Users of Qonaq are not allowed to comment this publication.