Çərşənbə
Noy 19

"myGov" platformasının aktiv istifadəçilərinin sayı açıqlandı

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

"myGov" platformasının aktiv istifadəçilərinin sayı artıq 800 mindən çoxdur, ümumi istifadəçi sayı isə iki milyona çatıb".

King.Az xəbər verir ki, bunu İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin İdarə Heyətinin sədri Fərid Osmanov bu gün Bakıda keçirilən IX Beynəlxalq Bankçılıq Forumunda bildirib.

O deyib ki, maliyyə sektoru ilə dövlətin rəqəmsal infrastrukturunun inteqrasiyasını təmin edən bir neçə məhsul mövcuddur və bu istiqamətdə əsas həllərdən biri "Digital finance" sistemidir:

"Hazırda bu sistemə 104-dən çox maliyyə müəssisəsi qoşulub. "Digital finance" vasitəsilə bu günədək 300 milyona yaxın tranzaksiya icra olunub. Həmçinin hər gün maliyyə sektoru tərəfindən vətəndaşların identifikasiyası məqsədilə 300 mindən artıq məlumat sorğusu göndərilir".

Onun sözlərinə görə, rəqəmsallaşmanın əsas hədəflərindən biri dövlət idarəçiliyində tam kağızsız hökumət modelinə keçiddir:

"Artıq dövlət qurumları arasında yazışmalar tam elektron formada həyata keçirilir. Bu proses Rəqəmsal Sənəd Dövriyyəsi altsistemi vasitəsilə idarə olunur.

Sistem, həmçinin biznes subyektlərinə və vətəndaşlara "myGov" üzərindən rəqəmsal müraciətlər göndərmək imkanı yaradır".

Fərid Osmanov qeyd edib ki, bir neçə bank artıq Rəqəmsal Sənəd Dövriyyəsinə inteqrasiya olunub, digər maliyyə təşkilatlarında isə proses davam edir. Onun fikrincə, yaxın gələcəkdə maliyyə sektoru ilə dövlət qurumları arasında tam kağızsız yazışma mümkün olacaq.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.