Bazar ertəsi
Dek 02

Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsindəki sonuncu oyununa çıxır

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷
Azərbaycanın 19 yaşadək qadın futbolçulardan ibarət yığması Avropa çempionatının seçmə mərhələsində bu gün sonuncu matçını keçirəcək.

King.Az Oxu.Az-a istinadən xəbər verir ki, komanda B Liqasının V qrupunda Kiprlə üz-üzə gələcək.

Kiprin Pafos şəhərindəki "Peyia Municipal" stadionunda keçiriləcək matç saat 13:00-da başlayacaq.

Qeyd edək ki, Həbib Ağayevin baş məşqçisi olduğu komanda buna qədər qrupda İsveçrə yığmasına 0:8, Estoniyaya isə 0:3 hesabı ilə məğlub olub.
Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.