0
Çərşənbə axşamı
Okt 21

Tamaşaçıların ürək döyüntüləri ölçüldü və ən dəhşətli qorxu filmləri məlum oldu

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

"Science of Scare" layihəsi ürək döyüntülərinin ölçülməsi əsasında ən dəhşətli qorxu filmlərinin siyahısını yeniləyib.

King.Az xəbər verir ki, Skott Derriksonun "Sinister" (2012) filmi reytinqdə birinci yeri tutub.

Rob Saviçin "Astral: Onlayn" (2020) və Kayl Edvard Bollun "Paranormal Hal: Skinamarink" (2022) filmləri isə ilk üçlüyü tamamlayıblar.

Qeyd edək ki, "Science of Scare" komandası hər il ingilis dilində ən qorxulu filmləri seçir və onları 250 könüllüdən ibarət qrupa nümayiş etdirir. Xüsusi nümayişlər zamanı iştirakçılar film boyu ürək döyüntülərini ölçən xüsusi monitorlar taxırlar.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.