Cümə axşamı
Dek 11

Gümüşün qiymətində tarixi rekord

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

"Comex" birjasında (Nyu-York əmtəə birjasının bölməsi) gümüş füçerslərinin dəyəri tarixi maksimumu yeniləyərək, bir troya unsiyası üçün (təqribən 31 qram - red.) 63 dolları ötüb.

King.Az xəbər verir ki, bunu ticarət məlumatları göstərir.

Bakı vaxtı saat 05:55-ə olan məlumata görə, qiymətli metalın dəyəri 3.64 faiz artaraq, bir troya unsiyası üçün 63.25 dollara çatıb.

Bildirilir ki, Federal Ehtiyat Sisteminin uçot dərəcəsini azaltmaq qərarı fonunda gümüşün qiyməti bütün zamanların ən yüksək səviyyəsinə çatıb. Uzun müddət davam edən tədarük çatışmazlığı və qiymətli metallara tələbin artması səbəbindən gümüşün dəyəri il ərzində 116 faizdən çox bahalaşıb.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.