İndiyədək ölkə ərazisində 109 164 ədəd yeni nəsil nəzarət-kassa aparatları (NKA) quraşdırılıb.
King.Az Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, yeni nəsil NKA-lardan istifadə hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin təmin edilməsinə imkan yaradıb.
2025-ci ilin yanvar-oktyabr aylarında yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 22 milyard 566.8 milyon manat olub ki, bu da 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 2.5 milyard manat, yaxud 12.7 faiz çoxdur.
Oxşar Mövzular
Laçında qardaşı tərəfindən öldürülən müğənni vəzifəli şəxs imiş
13-08-2025, 14:43"WhatsApp"a möhtəşəm funksiya əlavə edildi
25-12-2024, 12:02