Ağ Ev "Green Card" uduşu proqramını dayandırır.
King.Az-ın xəbərinə görə, bu barədə "Reuters" agentliyi ölkənin daxili təhlükəsizlik naziri Kristi Noemə istinadən məlumat verib.
Məlumata görə, buna səbəb Braun Universitetindəki atışmada şübhəli olan şəxsin ABŞ-yə bu proqram vasitəsilə gəlməsidir.
"Prezident Donald Trampın göstərişi ilə mən dərhal USCIS-ə (ABŞ Vətəndaşlıq və İmmiqrasiya Xidməti - red.) DV1 proqramlarını dayandırmağı əmr edirəm ki, bu zərərli vasitə səbəbindən bundan sonra amerikalılara ziyan verilməsin", - deyə Noem bildirib.
"Green Card" ("Yaşıl Kart"ın rəsmi adı "United States Permanent Resident Card" və ya "Form I-551"-dir) əcnəbilərin ABŞ-də daimi yaşamaq və işləmək hüququnu təsdiq edən şəxsiyyət vəsiqəsi və ya identifikasiya kartıdır ("I-551" formasının əsas variantı).
"Yaşıl Kart" kifayət qədər uzun sürən və baha başa gələn sənədlərin toplanması prosesindən və lazımi ərizələrin təqdim edilməsindən sonra verilir.
Xatırladaq ki, dekabrın 13-də axşam Rod-Aylend ştatının Providens şəhərindəki Braun Universitetində atışma baş verib. Ən azı iki nəfər ölüb, doqquz nəfər yaralanıb.
Oxşar Mövzular
Avropada bitkilərin üçdə biri məhv ola bilər
13-10-2024, 15:43ABŞ-də şatdaun başa çatır: Qanun layihəsi prosedur səsverməsindən keçdi
10-11-2025, 14:21
Gündəlik Bürclər-(03.10.2025)
3-10-2025, 00:00