Cümə
Noy 21

Vergi ödəyicilərinin nəzərinə: Büdcə gəlirlərinin təsnifatı kodları yenilənib

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

Cari il mayın 1-dən etibarən rayon (şəhər) maliyyə idarələri ləğv edilərək yeni regional maliyyə idarələri yaradıldığı üçün büdcə gəlirlərinin təsnifat kodları yenilənib.

King.Az Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, dövlət büdcəsinə vergi, rüsum və digər ödənişlərin köçürülməsi zamanı istifadə olunan xəzinə hesabları əvvəlki kimi qalır. Ödəniş zamanı qeyd olunan rayon (şəhər) üzrə maliyyə idarələrinin VÖEN məlumatları isə yenilənib və ərazi vergi orqanlarının VÖEN-ləri tətbiq edilir.

Büdcə ödənişlərinin düzgün emalı məqsədilə vergi və digər büdcə ödənişləri köçürülən dövlət xəzinədarlıq orqanlarındakı hesablar, eləcə də büdcə gəlirlərinin təsnifatı kodları yenilənərək sistemdə müvafiq dəyişikliklər aparılıb. Dəyişdirilmiş rekvizitlər və büdcə təsnifat kodları barədə məlumatla bu link vasitəsilə tanış olmaq mümkündür.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.