Yasamal rayonu, M.Seyidov küçəsində yerləşən yaşayış binasında baş verən yanğında xəsarət alan Ləman Qulamovanın son vəziyyəti açıqlanıb.
"Yeni Klinika"dan Oxu. Az-a verilən məlumata görə, 2000-ci il təvəllüdlü L.Qulamovanın Reanimasiya şöbəsində müalicəsi davam etdirilir.
Məlumatda qeyd olunub ki, pasiyentin vəziyyəti stabil ağır olaraq qalır:
"Xəstənin müalicə tədbirləri planlı şəkildə davam etdirilir".
Qeyd edək ki, Ləman Qulamova Milli Geyim Evinin rəhbəri, sözügedən yanğında həlak olan Könül Vəlibəylinin qızıdır.
Xatırladıq ki, noyabrın 21-də Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsində çoxmərtəbəli yaşayış binasında yanğın baş verib. Hadisə zamanı üç nəfər həlak olub, 20 nəfər tüstüdən zəhərlənib.
Oxşar Mövzular
Macarıstan və Slovakiya Gürcüstana qarşı sanksiyaların qarşısını alıb
17-12-2024, 13:49