Bazar ertəsi
Sen 15

ABŞ və Çin "TikTok" üzrə razılığa gəldilər

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

Vaşinqton administrasiyası və Çin hakimiyyəti "TikTok" sosial şəbəkəsinin ABŞ-dəki gələcək fəaliyyəti ilə bağlı razılıq əldə ediblər.

King.Az xəbər verir ki, bu barədə "Reuters" agentliyi ABŞ-nin maliyyə naziri Skott Bessentə istinadla məlumat yayıb.

Məlumata görə, Bessent Madriddə Çin rəsmiləri ilə aparılan danışıqlardan sonra belə bir açıqlama verib. Nazir bildirib ki, tərəflər çərçivə sazişi hazırlayıblar, lakin hələlik ətraflı məlumat açıqlanmayıb. O həmçinin qeyd edib ki, ABŞ və Çin yaxın həftələrdə yeni məsləhətləşmələr aparacaqlar.

ABŞ-nin ticarət danışıqlarında nümayəndəsi Ceymison Qrir isə aydınlaşdırıb ki, razılaşma Çinə məxsus "TikTok" sosial şəbəkəsinin ABŞ şirkətinin nəzarətinə keçməsini nəzərdə tutur.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.