0
Bazar ertəsi
Dek 01

Stounhenc yaxınlığında 4000 illik nəhəng struktur aşkarlanıb

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

Arxeoloqlar Böyük Britaniyada yerləşən Stounhenc yaxınlığında nəhəng çuxurlar silsiləsinin insanlar tərəfindən yaradıldığını təsdiqləyiblər.

King.Az xəbər verir ki, bu barədə "Internet Archaeology" jurnalında dərc olunmuş məqalədə bildirilir.

Çuxurların mövcudluğu barədə ilk dəfə 2020-ci ildə nəlumat yayılıb. Bu, ümumi diametri 1.6 kilometrdən çox olan təxminən 20 çuxurdan ibarət bir silsilədir. Onun mərkəzində Darrinqton-Uolls və Vudhenc kimi neolit ​​kompleksləri yerləşir. Çuxurlar nizamlı olaraq bir-birindən aralı yerləşir, hər birinin eni 10 metr, dərinliyi isə 5 metrdir.

Arxeoloqlar çuxurların insan tərəfindən yaradıldığını və 4 000 ildən çox yaşı olduğunu təsdiqləyiblər.

Çuxurların qazılmasının səbəbi məlum deyil. Onların qədim inanclarla əlaqəli olduğunu ehtimal ediilr.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.