Cümə
Okt 24

"WSJ": Tramp Rusiyaya qarşı ortasəviyyəli sanksiya variantını seçdi

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

ABŞ Prezidenti Donald Tramp Rusiyaya qarşı üç sanksiya variantından birini seçmək təklifi alıb, lakin o, sərtlik dərəcəsi orta olan variant seçib.

King.Az xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) qəzeti öz mənbələrinə istinadla yazıb.

"Trampa üçsəviyyəli sanksiya paketi təqdim edilib: sərt variant, Rusiyanın energetika sektoruna yönəldilmiş orta variant və daha məhdud sanksiyaları ehtiva edən yumşaq variant", - deyə qəzet yazıb.

Bildirilir ki, ABŞ lideri Qəzza zolağında əldə etdiyi atəşkəsi Ukraynada münaqişənin sona çatmasına təkan hesab edib. Onun orta variantı seçmək qərarını həm ABŞ dövlət katibi Marko Rubio, həm də Pentaqon rəhbəri Pit Heqset dəstəkləyib.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.