Azərbaycan Premyer Liqasının XXXI turunun "Qarabağ" - "Neftçi" oyununu (3:0) 7200 tamaşaçı izləyib.
King.Az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.
Bildirilib ki, Tofiq Bəhramov adına Respublika Stadionundakı matçda mövsümün ikinci göstəricisi qeydə alınıb.
Bundan daha çox tamaşaçı yalnız bu komandalar arasında XXIII turun görüşündə olub. "Neftçi Arena"dakı "Neftçi" - "Qarabağ" qarşılaşmasını (0:1) 9355 tamaşaçı izləyib.
Maraqlıdır ki, mövsümün 3-cü göstəricisi də sözügedən komandaların oyununa məxsusdur. XV turun "Neftçi Arena"dakı "Neftçi" - "Qarabağ" (0:3) matçında 7069 tamaşaçı olub.
Qeyd edək ki, seyrçi sayında 4-cü nəticə IX turun "Sumqayıt" - "Qarabağ" matçına (0:1) məxsusdur. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionundakı görüşdə 7000 izləyici qeydə alınıb.
Oxşar Mövzular

ABŞ Federal Təhqiqatlar Bürosunun rəhbəri istefa vermək istəyir
12-12-2024, 11:42
"Barselona"nın həkimi öldü - Matç təxirə salındı
9-03-2025, 02:42