Ədalət Partiyasının sədri İlyas İsmayılov Mərkəzi Klinikaya yerləşdirilib, vəziyyəti ağırdır.
King.Az xəbər verir ki, bu barədə Teleqraf.com-a sabiq baş prokuror, İlyas İsmayılovun yaxın qohumu deyib.
"İlyas bəy hazırda Mərkəzi Klinikada reanimasiya şöbəsində müalicə olunur. Artıq bir aya yaxındır ki, xəstəxanadadır. İnsult keçirmişdi, indi nisbətən yaxşılaşır", - deyə o əlavə edib.
Mərkəzi Klinikanın baş həkimi Kamran Musayev açıqlamasında qeyd edib ki, İlyas İsmayılovun müalicəsi hazırda Mərkəzi Klinikanın reanimasiya şöbəsində davam edir:
"Vəziyyəti ağır-stabil olaraq qalır".
Qeyd edək ki, İlyas Abbas oğlu İsmayılov 1938-ci il martın 20-də Tovuz rayonunda anadan olub. 1985-1990-cı illərdə Respublika prokuroru, 1992-1995-ci illərdə isə ədliyyə naziri kimi fəaliyyət göstərib. Milli Məclisin III və IV çağırış deputatı olub.
İlyas İsmayılov 2001-ci ildən Ədalət Partiyasına sədrlik edir.

Oxşar Mövzular

Hansı tərəvəz dərini cavanlaşdırır, saçları parlaq edir?
29-10-2024, 12:06
Lamin Yamal Lionel Messinin göstəricisini təkrarlayıb
21-10-2024, 15:51
Pezeşkian Rusiya və Çin liderləri ilə görüşəcək
19-10-2024, 21:47Şərhlər (0)
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbərə şərh əlavə edə bilməz. Zəhmət olmasa Qeydiyyatdan keçin yaxud sayta Daxil Olun.