0
Çərşənbə axşamı
Okt 21

"SpaceX" 10 000-ci "Starlink" peykini kosmosa göndərdi

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

"SpaceX" şirkəti "Falcon 9" raket daşıyıcısından istifadə edərək 56 əlavə "Starlink" peykini kosmosa göndərib və bununla da aşağı Yer orbitinə buraxılan peyklərin ümumi sayını 10 000-ə çatdırıb.

King.Az xəbər verir ki, bu barədə "The Verge" məlumat yayıb.

Məlumata görə, bu 10 000 peykdən təxminən 8 608-i hazırda fəaliyyətdədir. "Starlink" peyklərinin ömrü təxminən beş ildir, bundan sonra onlar orbitdən çıxarılır və atmosferdə yandırılır.

İlk "Starlink" prototipləri 2018-ci ilin fevralında kosmosa buraxılıb, kommersiya xidməti isə 2021-ci ildə başlayıb.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.