Səsdən sürətli əfsanəvi sərnişin təyyarəsi "Konkord" təkmilləşdirilmiş versiyada yenidən istifadəyə veriləcək.
King.Az focus.ua-ya istinadən xəbər verir ki, ABŞ-nin "Fly-Concorde Limited" şirkətinin belə bir planı var.
"Konkord" təyyarəsi cəmi 2 saat ərzində 18 min metrdən çox hündürlükdə uçaraq sərnişinləri ABŞ-dən Avropaya və geriyə daşıya biləcək.
Bu, hazırda sərnişinləri daşıyan adi təyyarələrdən üç dəfə sürətlidir.
Məlumata görə, ilk belə uçuşların artıq 2026-cı ildə həyata keçiriləcəyi gözlənilir.
Oxşar Mövzular
İtaliya prezidenti xəstəxanaya yerləşdirildi
16-04-2025, 14:36Putin - Tramp görüşü İsveçrədə baş tuta bilər
12-01-2025, 19:51