Çərşənbə
Okt 29

Saqr Qobaş: "Azərbaycanda qeydə alınan inkişaf keçici deyil"

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

"Azərbaycanda qeydə alınan inkişaf keçici deyil. Bu dövlət və xalq arasında əlaqələrin yüksək səviyyədə olduğunun göstəricisidir".

King.Az xəbər verir ki, bunu Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədri Saqr Qobaş Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsinin 30 illiyinə həsr olunan "Konstitusiya müasir dünyada dövlətlərin müstəqilliyinin və suverenliyinin təməli kimi" mövzusunda beynəlxalq parlament konfransında çıxışı zamanı deyib.

O bildirib ki, BƏƏ və Azərbaycan arasındakı əlaqələr qarşılıqlı hörmət və isti münasibət üzərində qurulub:

"Qarşılıqlı səfərlər əlaqələrdə yeni mərhələyə start verib. Bunun sayəsində yaşıl iqtisadiyyat, enerji, süni intellekt kimi müasir və strateji sahələrdə əməkdaşlıq reallaşdırılır".

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.