Çərşənbə axşamı
Sen 23

Vaşinqtonda Trampın helikopterinə lazer hücumu: Təhlükəli insidentlə bağlı TƏFƏRRÜAT

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

Vaşinqtonda bir nəfər ABŞ Prezidenti Donald Trampın olduğu helikopterə lazer işığı yönəltməyə cəhd edib.

King.Az xəbər verir ki, bu barədə "NBC News" məhkəmə işinin materiallarına istinadən xəbər verib.

Hadisə zamanı Məxfi Xidmət əməkdaşı Dieqo Santyaqo şübhəli şəxsi vaxtında müşahidə edib. Ceykob Samuel Vinkler adlı şəxs prezidentin helikopterinə qırmızı lazer işığı tutub.

Santyaqo dərhal müdaxilə edərək Vinkleri saxlayıb, lazer cihazını əlindən alıb və onu qandallayıb. Axtarış zamanı şübhəlinin üzərindən bıçaq da aşkarlanıb.

Dindirilmə zamanı Vinkler hərəkətinin qanunsuz olduğunu bilmədiyini iddia edib. Lakin məhkəmə sənədlərində qeyd olunub ki, lazer işığı pilotun görmə qabiliyyətini məhdudlaşdıraraq dezorientasiyaya səbəb ola bilərdi. Bu isə prezidentin helikopterinin havada toqquşma təhlükəsi ilə üzləşməsinə gətirib çıxara bilərdi.

Ceykob Samuel Vinklerin beş ilədək həbs və 250 min dollar cərimə ilə üzləşə biləcəyi qeyd olunub.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.