Moskvanın Zamoskvoretski Rayon Məhkəməsində şahmat üzrə keçmiş dünya çempionu Harri Kasparov barəsində qiyabi həbs qərarı çıxarılıb.
King.Az xəbər verir ki, bu barədə TASS məhkəməyə istinadən məlumat yayıb.
"Hakim Kasparov barəsində Rusiya Federasiyasında saxlanıldığı andan iki ay müddətinə qiyabi həbs və ya RF ərazisinə ekstradisiya şəklində qətimkan tədbiri seçib", - deyə məhkəmədən bildirilib.
Kasparov Rusiya Cinayət Məcəlləsinin 205.2-ci maddəsinin 2-ci hissəsi (kütləvi informasiya vasitələri, elektron və ya telekommunikasiya şəbəkələrindən istifadə etməklə terrorizmə açıq çağırışlar etmək, terrorizmə açıq şəkildə haqq qazandırmaq və ya onun təbliğatı) ilə mühakimə olunur.
Bu maddəyə əsasən, təqsirli bilinən şəxsi maksimum yeddi ilədək azadlıqdan məhrumetmə cəzası gözləyə bilər.
Qeyd edək ki, Kasparov 2013-cü ildə Rusiyanı tərk edib. O, hazırda Litvada yaşayır və "Azad Rusiya Forumu"nun təsisçisidir.
Oxşar Mövzular
Millimiz AVRO-2025-in II seçmə mərhələsində mübarizəyə başlayır
19-03-2025, 14:15"Pepsi" məşhur qazlı içkilər brendini 2 milyard dollara alacaq
18-03-2025, 10:48