Çərşənbə
Sen 17

Braziliyanın keçmiş prezidenti xəstəxanaya yerləşdirilib

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

Braziliyanın keçmiş prezidenti Jair Bolsonaru xəstəxanaya yerləşdirilib.

King.Az bildirir ki, bu barədə onun böyük oğlu Flavio Bolsonaru sosial şəbəkə hesablarında məlumat verib.

Onun sözlərinə görə, keçmiş prezidentin səhhəti pisləşib, təzyiqi düşüb və ürək bulanması başlayıb. O, polisin müşayiəti ilə xəstəxanaya aparılıb.

Xatırladaq ki, sentyabrın 12-də Braziliyanın Federal Ali Məhkəməsi ölkənin hazırkı lideri Luis İnasio Lula da Silvanın hakimiyyətə gəlməsinin qarşısını almaq üçün dövlət çevrilişinə cəhd ittihamı ilə sabiq prezident (2019-2022) Jair Bolsonarunu 27 il 3 ay həbs cəzasına məhkum edib.

O, avqustun 4-dən ev həbsindədir.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.