Çərşənbə axşamı
Mar 25

Norveçli kömpüter oyunu sayəsində Ginnesin Rekordlar Kitabına düşdü

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷
"Fortnite Pro" oyunçusu "MrSavage" kimi tanınan Foss Andersen oyun tarixindəki ən uzun sərrast atışa görə Ginnesin Rekordlar Kitabına düşüb. O, monitordan bir kilometr aralıda oturaraq düşməni məhv etməyi bacarıb.

King.Az xəbər verir ki, bu barədə UNIAN yazıb.

Bu qeyri-adi uğura nail olmaq üçün Andersen Norveçdəki Lofoten adalarına səyahət edib, kompüterini quraşdırıb və ekrandan bir kilometr uzaqlaşıb.

Oyunda nə baş verdiyini görmək üçün o, 100x böyüdücü teleskopdan istifadə edib. Ekstremal şəraitə baxmayaraq, "MrSavage" atışı uğurla həyata keçirərək adını Ginnesin Rekordlar Kitabına daxil edib.

Qeyd edək ki, Andersen "Fortnite" e-idman oyununun veteranlarından biri kimi tanınır.
Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.