Oktyabrın 21-də Qazaxıstanın paytaxtı Astanadakı Akorda Prezident Sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub.
King.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Akorda Prezident Sarayında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi qarşılayıb.
Qazaxıstanın nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri isə Prezident Kasım-Jomart Tokayevə təqdim edilib.
Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verib.
Azərbaycanın və Qazaxıstanın Dövlət himnləri səslənib.
Prezidentlər fəxri qarovul dəstəsinin qarşısından keçiblər.
Dövlət başçıları birgə foto çəkdiriblər.
Oxşar Mövzular
Kokosun faydaları
20-02-2025, 00:47Dünyanın ən güclü futbol liqasının adı açıqlandı
20-01-2025, 13:18"Google" məxfiliyi pozduğu üçün rekord cərimə ödəyəcək
12-05-2025, 11:49