0
Çərşənbə
Apr 23

FIFA Vinisiusu futboldan kənarlaşdıra bilər

HASANLY

"Real Madrid"in hücumçusu Vinisius Junior Beynəlxalq Futbol Federasiyaları Assosiasiyasının (FIFA) şübhəsi altındadır.

King.Az-ın məlumatına görə, bu barədə "Marca" xəbər verir.

Bildirilib ki, 24 yaşlı futbolçu bir neçə futbol klubuna sahib olduğu üçün maraqlar münaqişəsi qaydalarını pozmaqda şübhəli bilinir. Əgər braziliyalı təqsirli hesab edilərsə, iki ilə qədər futboldan kənarlaşdırıla bilər.

Cari mövsümdə Vinisius bütün turnirlərdə 47 matçda iştirak edib, 21 qol və 15 məhsuldar ötürmə ilə yadda qalıb. Futbolçunun klubla mövcud əmək müqaviləsi 2027-ci ilin yayına qədər nəzərdə tutulub.

"Transfermarkt" portalında təqdim olunan məlumata görə, futbolçunun bazar dəyəri 200 milyon avro təşkil edir.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.