Bazar ertəsi
Dek 23

Gürcüstan XİN: "Salome Zurabişvili tamamilə nəzarətsiz hərəkət edir"

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷
"Gürcüstan Prezidenti Salome Zurabişvilinin ölkədə yeni parlament seçkisinin keçirilməsi tələbi legitim deyil və heç bir əsası yoxdur".

King.Az "Sputnik Gürcüstan"a istinadən xəbər verir ki, bu sözləri Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili Prezident Salome Zurabişvilinin ötən gün ölkədə yeni parlament seçkisinin keçirilməsi ilə bağlı bəyanatına cavabında deyib.

"Salome Zurabişvilinin Gürcüstanın maraqlarına zidd hərəkətlərinə gəldikdə, o, tamamilə nəzarətsiz hərəkət edir, nə qanuna, nə də konstitusiyaya əhəmiyyət verir", - deyə Gürcüstanın XİN rəhbəri vurğulayıb.
Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.