Çərşənbə axşamı
Sen 02

Bakı metrosunda gediş haqqının artdığını deyən SAXTA SƏHİFƏ yaranıb - Qurum HƏRƏKƏTƏ KEÇDİ

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

Son günlər "TikTok" sosial şəbəkəsində "Bakı Metropoliteni" QSC-nin adı ilə fəaliyyət göstərən səhifə cəmiyyətdə narahatlıq yaratmağa başlayıb. Sözügedən səhifə metroda qiymət artımı və digər önəmli mövzular barədə paylaşımlar edərək ictimaiyyətdə çaşqınlıq yaradır, səhifəni idarə edən şəxs isə profili "rəsmi hesab" kimi təqdim edir.

King.Az bildirir ki, bu məsələni dəqiqləşdirmək üçün Oxu.Az-ın "Bakı Metropoliteni" QSC-yə ünvanladığı sorğuya cavab olaraq bildirilib ki, həmin səhifə saxtadır:

"Bu səhifənin "Bakı Metropoliteni" QSC-yə heç bir aidiyyəti yoxdur. Vətəndaşlar ancaq "Facebook", "Instagram", "Linkedin" və "X" platformalarındakı rəsmi səhifələrimizi izləyərək məlumat ala bilərlər.

Sözügedən səhifənin bağlanması istiqamətində işlər görürük", - açıqlamada deyilir.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.