Londonun "Stemford Bric" stadionunda İngiltərənin "Çelsi" klubu ilə İtaliyanın "Milan" komandası arasında yoldaşlıq oyunu baş tutub.
King.Az xəbər verir ki, meydan sahibləri 4:1 hesabı ilə qalib gəliblər.
Matçın 5-ci dəqiqəsində "Milan"ın müdafiəçisi Andrey Koubiş avtoqola imza atıb. Səkkizinci dəqiqədə "Çelsi"nin hücumçusu Joao Pedro fərqi artırıb. 67-ci dəqiqədə "Çelsi"nin hücumçusu Liam Delap penaltini dəqiq yerinə yetirərək hesabı artırıb.
70-ci dəqiqədə "Milan"ın yarımmüdafiəçisi Yusuf Fofana buraxılan qollardan birinin əvəzini çıxıb. 90-cı dəqiqədə Delap dubl edərək görüşdə yekun hesabı müəyyənləşdirib - 4:1.
Oxşar Mövzular

