Bir müddət əvvəl Braziliya millisi ilə müqavilə imzalayan "Real Madrid"in baş məşqçisi Karlo Ançelottinin oğlu David Ançelotti Braziliya millisinin ilk oyunlarında atasına kömək edəcək.
King.Az xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb.
Nəşrin yazdığına görə, David millinin ilk iki oyununda - Ekvador (6 iyun) və Paraqvayla (10 iyun) matçlarda atasının köməkçisi olacaq.
Davidin özünün də Səudiyyə Ərəbistanı da daxil olmaqla bir neçə liqadan təklif aldığı bildirilir. Amma onu ən çox cəlb edən "Reyncers"dir.
Qeyd edək ki, Karlo Ançelotti mayın 26-da Braziliya millisinin çalışdırıcısı kimi fəaliyyətə başlayacaq.