Şənbə
Avq 30

Dünyanın ən zəngin sənətçisinin adı açıqlandı

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

Cey-Zi (Jay-Z) təxəllüsü ilə tanınan ABŞ-li reper və prodüser Şon Karter dünyanın ən zəngin musiqiçisi kimi tanınıb.

King.Az-ın xəbərinə görə, bu barədə "Forbes" nəşri məlumat verib.

Məlumata görə, musiqiçi və eyni zamanda, müğənni Beyonsenin əri olan Cey-Zinin sərvəti 2.6 milyard dollara çatıb ki, bu da ona siyahıda müğənni Teylor Svifti bir milyard dollardan çox qabaqlamağa imkan verib. Qeyd olunub ki, Karter tarixdə bir milyard dollar həddini keçən ilk reper olub.

Məlumdur ki, Cey-Zi "Marcy Venture Partners" vençur fondunun ortaq sahibidir. Bundan əlavə, "Roc Nation" şirkəti ona məxsusdur. Sənətçi, həmçinin "Uber", "D'Usse" və "Armand de Brignac"a sərmayə qoyub və sonda onların səhmlərini "Moët Hennessy" konserninə satıb.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.