"Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında mühüm rola sahibdir".
King.Az xəbər verir ki, bunu Heydər Məscidində vəhdət namazı zamanı Zəngilan şəhər Cümə məscidinin imamı Müşfiq Fərzəliyev deyib.
Onun sözlərinə görə, komitənin regionlarda keçirdiyi toplantılar, vətəndaş qəbulları, beynəlxalq tədbirlərdə iştirakı bu istiqamətdə ciddi faydalar verir:
"Bugünkü tədbir ölkəmizdə dini və dövlət münasibətlərinin müsbət təcəllisidir. İşğaldan azad olunan ərazilərimizdə məscidlər tikilib. Biz isə məsciddə imam təyin edilmişik. Bu, ən önəmli vəzifədir. Bu gün minbərdəyik, lazım gələrsə, sabah da səngərdə ola bilərik".