Çərşənbə
Yan 07

Ukrayna Xarici Kəşfiyyat Xidmətinin rəhbəri vəzifəsinə namizədlər məlum oldu: Zelenski qərar verəcək

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

Ukrayna Prezidenti Volodimir Zelenski ölkənin Xarici Kəşfiyyat Xidmətinin rəhbəri vəzifəsinə namizədlər axtarmağa başlayıb.

King.Az-ın xəbərinə görə, bu barədə "RBC Ukrayna" "Telegram" kanalı məlumat verib.

Məsələ ilə tanış olan mənbə bildirib ki, Zelenski Ukrayna Xarici Kəşfiyyat Xidmətinin rəhbəri vəzifəsinə namizədlərin siyahısını gözləyir və şəxsi söhbətlərdən sonra qərarını verəcək.

Mənbə bu vəzifəyə ən çox ehtimal olunan namizədlərlə bağlı məlumat əldə edib ki, bunlar Dmitri Kuleba, Andrey Biletski və Vasili Malyukdur.

Qeyd edilir ki, xüsusi xidmət rəhbərini təyin etmək səlahiyyətinə malik olan prezident ya diplomat, ya hərbçi, ya da peşəkar kəşfiyyatçı axtarır. Qərar Xarici Kəşfiyyat Xidmətinin gələcəkdə hansı formatda fəaliyyət göstərəcəyindən asılı olacaq.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.