Bazar ertəsi
Mar 31

Ərdoğan: "Son 10 gündə baş verən küçə terroru soyğunçuluğu ört-basdır etmək cəhdidir"

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

"İstanbulda aparılan rüşvət, korrupsiya və terror araşdırmalarını yaxından izləyirik. İstintaq irəlilədikcə, dərinləşdikcə bələdiyyələri səkkizayaqlılar kimi əhatəyə alan cinayətkar təşkilatın əllərinin nə qədər uzandığı təbii ki, bəlli olacaq".

King.Az "Haber Global"a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Onun sözlərinə görə, Ramazan ayının son 10 günündə baş verən hadisələr və küçə terroru soyğunçuluğu ört-basdır etmək cəhdindən başqa bir şey deyil.

"Məhkəmə heyəti üzvlərimizə, onların ailələrinə və uşaqlarına hədə-qorxu gələrək, onlara təzyiq göstərmək cəhdləri indiyədək nəticəsiz qalıb. Millətimiz tələni gördü və təxribatçıların toruna düşmədi. Bu münasibətlə öz vəzifələrini böyük sədaqətlə, səbir və soyuqqanlılıqla yerinə yetirən hüquq-mühafizə orqanları əməkdaşlarımızı bir daha təbrik etmək istəyirəm".

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.