0
Cümə axşamı
Avq 28

Avropanın üç ən güclü ölkəsi İranla bağlı Marko Rubioya məktub ünvanlayıb

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

Fransa, Almaniya, Böyük Britaniya Xarici İşlər nazirlikləri, eləcə də Avropa İttifaqının diplomatik xidmətlərinin rəhbərləri bu gün İrana qarşı sanksiyaların bərpa ediləcəyinə dair ABŞ dövlət katibi Marko Rubioya məlumat veriblər.

King.Az xəbər verir ki, bu barədə "Axios" portalı diplomatik mənbələrə istinadən məlumat yayıb.

Qeyd olunub ki, bu yolla Avropa ölkələri Tehrana iqtisadi təzyiqi artırmağı hədəfləyirlər.

Xatırladaq ki, Tehranın nüvə proqramı üzrə danışıqların uğursuz olduğunu əsas gətirən Böyük Britaniya, Almaniya və Fransa avqustun 28-də İrana qarşı sanksiyaların bərpası prosesinə başlanacağına dair anons vermişdilər. Beləliklə 30 gün sonra İranın maliyyə, bank, enerji və müdafiə sektorlarına qarşı sanksiyalar qüvvəyə minəcək.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.