İstanbulda Türkiyə və Rusiya arasında Yaxın Şərqdəki vəziyyətlə bağlı ikitərəfli məsləhətləşmələr başlayıb.
King.Az-ın verdiyi məlumata görə, bu barədə "RIA Novosti" diplomatik mənbəyə istinadən xəbər verib.
Bildirilir ki, danışıqlar qapalı rejimdə keçirilir.
Qeyd olunur ki, məsləhətləşmələrdə Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanov və onun türkiyəli həmkarı Burak Akçapar Yılmaz iştirak edirlər.
Tərəflərin əsas regional mövzular - ilk növbədə Suriya və Fələstindəki vəziyyət barədə hərtərəfli fikir mübadiləsi aparacaqları gözlənilir.
Məsləhətləşmələrin nəticələri barədə hələlik rəsmi bəyanatlar verilməyib.
Oxşar Mövzular

Netanyahu patriarxın Yerusəlim məbədinə buraxılmamasını izah etdi
30-03-2026, 13:55Xorvatiyanın yeni prezidenti məlum oldu
13-01-2025, 11:30