0
Cümə axşamı
May 01

Çempionlar Liqasının yarımfinalında fantastik oyun: 6 qol vuruldu

HASANLY

UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk matçları çərçivəsində "Barselona" "İnter"lə üz-üzə gəlib.

King.Az xəbər verir ki, gərgin mübarizə şəraitində keçən qarşılaşma 3:3 hesabı ilə bitib.

Milan təmsilçisi birinci hissədə Türam (1-ci dəqiqə) və Dumfrisin (21) qolları ilə iki top fərqi ilə önə çıxsa da, üstünlüyünü qoruya bilməyib. Yamal (24) və F.Torres (38) hesaba tarazlıq gətiriblər.

Tərəflər ikinci hissəyə də qollarla başlayıblar. Əvvəlcə Dumfris (64) dubla imza ataraq, "İnter"i yenidən önə çıxarıb. Lakin cəmi bir dəqiqə sonra Rafinyanın zərbəsindən sonra top "İnter"in qapıçısına dəyərək tora girib. Qol isveçrəli qapıçının adına yazılıb.

Qeyd edək ki, bu cütlüyün qalibi finalda PSJ - "Arsenal" cütlüyünün qalibi ilə qarşılaşacaq.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.